Bəşşar Əsəd rejiminə müxalif silahlı qüvvələrin türkmən tağımı terrorçu İŞİD-in Suriya-Türkiyə sərhədindəki mövqelərinə hücumu nəticəsində 50 silahlı zərərsizləşdirilib, daha 30 terrorçu yaralanıb.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, türkmənlərin hücumu Türkiyə və ABŞ Hərbi Hava Qüvvələri tərəfindən havadan dəstəklənib.
Əməliyyat nəticəsində pilotsuz uçan aparat bir dəfə uçuş edib. Hava zərbələri İŞİD-in Hələb şəhərinin Türkiyə sərhədindən 5 km aralı ərazidəki mövqelərinə endirilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !