Türkiyə qızıl alışını bərpa edib

16:23 | 04.08.2023
Türkiyə qızıl alışını bərpa edib

Türkiyə qızıl alışını bərpa edib

2023-cü ilin iyununda  Türkiyə Mərkəzi Bankı qızıl alışlarını bərpa edib və ölkənin qızıl ehtiyatları 11,4 ton artıb. Bu barədə Ümumdünya Qızıl Şurasının (WGC) hesabatında bildirilir. 
 
İyunda ən böyük alıcı Çin olub. Bu ölkə tərəfindən 21,2 ton qızıl alınıb. Sonrakı yerləri  Polşa (13,7 ton), Özbəkistan (8,4 ton), Çexiya (2,5 ton), Qətər (1,6 ton) və digərləri bölüşdürüb. 

Qızıl satıcılarına gəlincə isə Qazaxıstan 3,2 ton,  Sinqapur  isə 1 ton qızıl satıb. 
 
İyunda dünyanın müxtəlif ölkələrinin mərkəzi bankları qızıl alışını bərpa edib və Ümumdünya Qızıl Şurasının (WGC) ilkin hesablamalarına görə, valyuta ehtiyatları üçün 55,4 ton qızıl alıb.

Türkiyədə Mayda bu rəqəm 26,6 ton  olub.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb