Türkiyə Suriya ilə sərhədə "Koral" adlı yeni Hava Hücumundan Müdafiə Sistemi quraşdırıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Türkiyənin bu addımı atmasına səbəb Rusiyanın Suriyaya "S-400" zenit-raket qurğusu yerləşdirməsi olub.
Bu sistem təhdidedici raket, təyyarə uçuşlarını və radarların siqnallarını qeyd edərək, onları zərərsizləşdirir.
"Koral" sistemi 2015-ci ildən Türkiyə Silahlı Qüvvələrinin inventarları siyahısına daxil edilib və ilk dəfə Egey dənizindəki hava sərhədinin qorunması üçün İzmirdə quraşdırılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !