Azərbaycanda Türkiyə səfirliyinin mədəniyyət və turizm işləri üzrə yeni müşaviri Murat Karaçanta fəaliyyətə başlayıb. Türkiyə respublikasının 92-ci ildönümünə həsr olunmuş rəsmi tədbirə qatılan yeni müşavirin KİV və içtimaiyyətin nümayəndələri ilə ilk tanışlığı hər kəsdə xoş təəsüratlar yaradıb.
Uzun illər Türkiyənin 3-cü böyük şəhəri İzmirdə Mədəniyyət və Turizm idarəsində müdür müavini vəzivəsində çalışan Murat Karaçanta Azərbaycana böyük arzularla gəldiyini və burada da gözlədiyindən də böyük məhəbbətlə qarşılandığını söyləyib:
"Əslində mən öz doğma vətənimə gəlmişəm. Hələ 20-ci illərdə sovet hökuməti yeni qurulanda Sibir sürgünündən qaçıb can qutaran babalarım Qarsa gəliblər. Onlar Qərbi Azərbaycandan, Qaraçanta kəndindən olublar. Babalarım kəndlərinin adını özlərinə soyadı kimi qəbul etmış, şükürlər olsun ki, bu əmanəti nəslimizin onlarca övladları bu gün də şərəflə daşımaqda və qorumaqdadırlar.
Yeni müşavir qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən daha çox turizmdə böyük uğurlar əldə olunmaqdadır. Bu gün Türkiyənin bir çox şirkətləri Azərbaycanda turizm sektorunda çox böyük layihələrlə çıxış edirlər. Hətta ölkələrimiz arasında imzalanan sənədlər, qarşılıqlı anlaşmalar da çox vaxt bizim münasibətlərimizə darlıq edir. Şükürlər olsun ki, bu gün bu baxımdan işlərimiz uğurla davam etməkdədir. Bizim hər işimizin təməlində böyük bir səmimiyyət var. İndiyə qədər iki qardaş ölkə arasında turizm, mədəniyyət və digər sahələrdə hər hansı bir problemlə üzləşməmişik, ümidvaram ki, bundan sonra da üzləşməyəcəyik. (musavat.com)
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !