Türkiyə Silahlı Qüvvələri Suriyada İŞİD-in avtomobilini türk qırıcılarının vurması ilə bağlı ABŞ-ın iddialarını təkzib edib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Silahlı Qüvvələri Baş Qərargahı açıqlama yayıb.
Məlumata görə, ötən gecə Ağ Ev hava əməliyyatlarında Türkiyə qırıcılarının da iştirak etdiyini və onların İŞİD-ə məxsus avtomobili vurduğunu bildirmişdi.
Xəbərə əsasən, İŞİD-ə aid avtomobili türk qırıcıları deyil, ABŞ-ın pilotsuz uçan təyyarələri vurub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !