Azərbaycan kənd təsərrüfatı Nazirliyi və Türkiyənin "VETAL heyvan sağlığı ürünləri" şirkəti vaksin istehsalı üzrə müəssisənin yaradılması ilə bağlı danışıqlar aparır, bunu anews.az-a Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Mirzə Əliyev bildirib.
"VETAL heyvan sağlığı ürünləri" şirkətinin Azərbaycanda vaksin istehsalı üzrə müvafiq müəssisənin qurulması istiqamətində istəkləri var. Bu istək sadəcə zavoddan ibarət deyil. Eyni zamanda, orada dövlətin onların istehsal etdiyi məhsulları məcburi alması kimi zəmanətlər də müzakirə mövzudur. Hər iki istiqamətdə danışıqlar aparılır", - Mirzə Əliyev bildirib.
"VETAL heyvan sağlığı ürünləri" Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə yatırmaq niyyətində olan xarici şirkətlərdən biridir. Əsasən heyvanlar üçün vaksin istehsal edən bu müəssisə Azərbaycanla 2014-cü ildən əməkdaşlıq edir. Hazırda 13 adda peyvənd növü Azərbaycan dövləti tərəfindən satın alınır və ölkənin rayon və şəhərlərinə paylanır. Bu iş birliyini Qarabağda müəssisənin açılması layihəsi ilə genişləndirmək istiqamətində işlər aparılır.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !