Qazaxıstanın MIIR Yollar Komitəsi Türkiyənin "EH ESER Taahhut ve Sanayi Anonim Şirketi” ilə respublika əhəmiyyətli avtomobil yolunun 101-143 km-lik "Uzunaqaş-Otar” hissəsinin yenidən qurulması ilə bağlı müqavilə imzalayıb.
İmzalanma mərasimində Komitə sədrinin müavini Jambul Baktiyar və podratçı təşkilatın İdarə Heyətinin sədri İlhan Adiloğlu iştirak ediblər.
Yenidənqurma işlərindən sonra yol 1 B kateqoriyalı və 13 tonluq yük qabiliyyətli 4 zolaqlı trafikə malik olacaq. Layihə kənd təsərrüfatı texnikasının keçməsi üçün 2 ədəd yerüstü keçidin və 32 suötürücünün, həmçinin 6 avtobus dayanacağının tikilməsini nəzərdə tutur.
Yenidənqurma işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !