​Türkiyə şirkəti "Qazprom"u məhkəməyə verib

16:05 | 27.10.2015
​Türkiyə şirkəti

​Türkiyə şirkəti "Qazprom"u məhkəməyə verib

Türkiyə Rusiyadan təbii qaz alması ilə bağlı müqavilənin şərtlərinə yenidən baxılması üçün Arbitraj Məhkəməsində iddia qaldırıb.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Energetika Nazirliyi bildirib.

Türkiyənin "Botas" dövlət şirkəti 2014-cü il dekabrın 29-da Rusiyanın "Qazprom eksport" şirkəti ilə imzaladığı müqaviləyə yenidən baxılmasını tələb edir. Məsələ ilə bağlı "Botas" "Qazprom eksport"u məlumatlandırıb.

Məlumata görə, tərəflər Türkiyəyə ixrac edilən Rusiya qazının qiymətinin ucuzlaşacağı haqda ötən il razılaşıblar.

Həmin anlaşmaya əsasən, Rusiya şirkəti endirim edəcəyini vəd verib. Ancaq ötən müddət ərzində "Qazprom ekport" əməli addım atmayıb.
Qeyd edək ki, Türkiyə Rusiya təbii qazının ikinci ən böyük alıcısdır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM