Türkiyə Somalidə neft çıxaracaq

17:34 | 19.07.2024
Türkiyə  Somalidə neft çıxaracaq

Türkiyə Somalidə neft çıxaracaq

Türkiyə Somali sahillərində karbohidrogenlərin kəşfiyyatı və hasilatına başlayıb. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbuldaSomalinin neft və mineral ehtiyatlar naziri Abdirizak Ömər Məhəmmədlə  sazişin imzalanması mərasimindən sonra keçirdiyi birgə keçirdiyi mətbuat konfransında deyib.

Bayraktar qeyd edib ki, Türkiyə hazırda dünyanın ən əhəmiyyətli dərin dəniz gəmiləri donanmasına malik olan ölkələrdən biridir.

Nazir bildirib ki, Türkiyə Neft Şirkəti (TPAO) 4 dərin dəniz qazma gəmisi və 2 seysmik gəmi ilə dənizlərdə intensiv kəşfiyyat işlərini davam etdirir və bu kəşfiyyatlar nəticəsində Türkiyə dünyanın bir çox sularında mühüm təbii qaz kəşflərinə imza atıb. 
 
N.Təbrizli





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM