Baş nazir Əhməd Davudoğlu Suruç şəhərində baş verən terror hücumundan sonra Suriya ilə sərhəd boyunca əlavə təhlükəsizlik tədbirlərini tətbiq etmək niyyətini açıqlayıb.
Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.
Türkiyə hakimiyyət orqanları hesab edirlər ki, Suriya ilə sərhəddə yerləşən Suruç şəhərində 30 nəfərin həyatına son qoyan terror aktı "İslam Dövləti" ekstremist qruplaşması üzvü olan kamikadze qadın tərəfindən həyata keçirilib.
Partlayışın əsas hədəfi Suriya ərazisindəki sərhədyanı Kobani şəhərinə getməyi planlaşdıran gənclər təşkilatlarının fəalları olduğu güman edilir.
Suruç şəhərində keçən il Kobanidə hərbi əməliyyatlar başladığı zaman oranı tərk edərək bu şəhərə köçən çoxlu sakinlər yaşayır. Partlayış yerli vaxtla saat 9:00-da Amara mədəniyyət mərkəzinin bağında baş verib. Yüzlərlə fəal gəncin buraya kürd döyüşçülərinə yardım məsələlərini müzakirə etmək üçün bir araya gəldiyi bildirilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !