Türkiyə Suriya ilə sərhədə qoşun toplayır

12:47 | 03.07.2015
Türkiyə Suriya ilə sərhədə qoşun toplayır

Türkiyə Suriya ilə sərhədə qoşun toplayır

Türkiyə rəhbərliyi son günlər Suriya ilə sərhəddə qoşunların, xüsusilə də xüsusi təyinatlılar və hərbi texnikanın sayını artırıb, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

"Bu, doğrudan da belədir ki, biz vətəndaşlarımızın müdafiəsi üçün qabaqlayıcı tədbirlər gördük. Əgər sərhədi keçməklə bağlı, Türkiyənin təhlükəsizliyini təhdid edən hansısa problem yaranarsa, hərəkətə keçmək barədə əmr veriləcək”, - deyə, baş nazir Kanal 7-nin efirində bildirib, Oxu.Az xəbər verir.

"Heç kim Türkiyənin bu gün, yaxud sabah Suriyaya müdaxilə edəcəyini gözləməsin” deyən Davudoğlu bəzi KİV-in türk ordusunun Suriya ərazisində əməliyyatlara hazırlaşması barədə məlumatlarını belə şərh edib:

"Türkiyənin təhlükəsizliyini təhdid edən bir hadisə baş verərsə, biz sabahı gözləməyəcəyik, dərhal hərəkətə keçəcəyik. Lakin Türkiyənin yaxın vaxtlarda heç bir risk yaranmadığı şəraitdə birtərəfli əməliyyata başlayacağını düşünmək böyük səhv olardı”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM