Onları havadan "Kobra" tipli vertolyotlar müşayiət edir
Türkiyə ordusunun Tunceli 4-cü Xüsusi Təyinatlı Komandanlığının taboru Suriya sərhədinə doğru yola düşüb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Tabor hər cür döyüş qabiliyyəti olan rütbəli əsgərlərdən ibarətdir. Məlumatda bildirilib ki, bu tabor terrora qarşı mübarizə üçün yüksək səviyyədə təlim keçib.
Tabor Suriya sərhədində yerləşdirliləck və ehtimal olunan istənilən silahlı insidentə ilk müdaxilə edəcək.
Xəbərə əsasən, onları havadan "Kobra" tipli vertolyotlar müşayiət edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !