​Türkiyə Suriya kürdlərini hədələdi

10:15 | 29.10.2015
​Türkiyə Suriya kürdlərini hədələdi

​Türkiyə Suriya kürdlərini hədələdi

 Türkiyə ABŞ-ın "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) ilə mübarizədə dəyərli müttəfiq hesab etdiyi Suriya kürdlərini zərbə endirəcəyi ilə hədələyib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu bəyanatla çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

O bildirib ki, Ankara ABŞ-ın dəstəklədiyi Suriya kürdləri tərəfindən Türkiyə sərhədləri yaxınlığında yerləşən Təll-Abyad şəhərində muxtariyyət yaratmasına mane olmq üçün sonradan hərbi əməliyyatların aparılması da daxil olmaqla, "nə lazımdırsa edəcək".

"Nəzərə alın. Əgər bunu digər yerdə etməyə çalışsanız, Türkiyəyə kimdənsə icazə almaq lazım olmayacaq, biz nə lazımdırsa edəcəyik", – deyə Ərdoğan qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM