Türkiyə-Suriya sərhəddində fəallıq müşahidə olunur

10:57 | 15.07.2015
Türkiyə-Suriya sərhəddində fəallıq müşahidə olunur

Türkiyə-Suriya sərhəddində fəallıq müşahidə olunur

Türkiyənin Suriya ilə sərhəd bölgələrində hərbi fəallıq müşahidə olunur. Hökumət Şırnaq sərhədləri istiqamətində təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə bölgəyə əlavə hərbi qüvvələr, eyni zamanda, ağır hərbi texnika cəlb edib.

Ankaranın Suriya ilə sərhədlərdə mövqelərini gücləndirməsinə səbəb İŞİD qruplaşmasının Suriyanın şimal hissəsində törətdiyi zorakılıqlarla əlaqədardır. Türkiyə hökuməti bir müddət əvvəl İŞİD-in Suriya sərhəd bölgədə yeni dövlət qurmaq istədiyini, lakin Ankaranın buna imkan verməyəcəyini demişdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriya xalqı ya İŞİD terroru, ya da Əsədin terroruçu siyasəti altında yaşamaq seçimi etmək məcburiyyətində qalmamalıdır.

"Ramazan ayı, təəssüf ki, xoş niyyətimizə baxmayaraq, həm öz millətimiz, həm də bəzi ölkələrdə xalqlar üçün əziyyətli keçdi. Qonşu Suriya və İraqda davam edən döyüşlər, İŞİD kimi terror qruplaşmalarının hücumları, təhdid və təzyiq yolu ilə insanların mühacirət etməyə məcbur ediləsi, qardaşlarımızın dramı bizi dərindən kədərləndirdi. Əsəd rejiminin barel bombaları, hava hücumları altında yox olan o həyatların, yetim qalan uşaqların, darmadığın edilən şəhərin görüntüləri ürəyimizi parçaladı”.

Ərdoğan ötən gün, eyni zamanda, İraqda İŞİD qruplaşmasına qarşı mübarizə yollarını müzakirə etmək məqsədilə bu ölkənin xarici işlər naziri İbrahim Cəfərini qəbul edib. Görüşün təfərrüatına dair açıqlama verilmir.//ANS

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM