Türkiyə rəhbərliyi yanvarın 1-dən iyunun 30-dək qeyri-qanuni şəkildə Suriyaya keçməyə çalışan 56 rusiyalını saxlayıblar, Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir.
Bu dövr ərzində sərhəddə 32 ölkədən 457 əcnəbi saxlanılıb. Saxlanıların böyük bir hissəsi Çindəndir - sərhəddə 241 nəfər uyğur saxlanılıb.
Bundan başqa, 56 Rusiya, 30 - Fələstin, 29 - Türkmənistan, 13 - Böyük Britaniya, 12 - Fransa, 9 - Səudiyyə Ərəbistanı, 7 - Əfqanıstan, Cənubi Koreya və Tacikistan vətəndaşları (hər ölkədən 6 nəfər), Azərbaycan, Almaniya, Belçika və Niderland vətəndaşları (hər ölkədən 5 nəfər) saxlanılıb.
Daha 18 ölkədən gəlmiş 1-dən 3-dək əcnəbi saxlanılıb.
Vətəndaşları Suriyaya keçmək istəyən ölkələrin sırasında Avstraliya, Braziliya, Trinidad və Tobaqo da var.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !