Türkiyə bildirir ki, sərhədləri boyunca təhlükəsizlik hədələrini önləmək üçün "gərəkən bütün tədbirləri görməyə” hazırdır.
Baş nazir Ahmet Davutoglu iyunun 29-da deyib ki, ölkəsi "bütün mümkün hadisələrə” hazırdır.
Daha öncə prezident Recep Tayyip Erdogan Milli Təhlükəsizlik Şurasının iclasını keçirib. Şura bəyanatında Suriya sərhədindən gələn "terrorçuluq” təhlükəsi sarıdan narahatlığını bildirib. Bəyanatda həmçinin qeyd olunur ki, Türkiyə regiondakı demoqrafik dəyişikliklərdən narahatdır. Açıq-aşkar son bir neçə həftəki döyüşləri nəticəsində Suriyadan ərəb və türkmənlərin didərgin düşməsinə işarə vurulur.
Kürd qüvvələri Suriyada islamçı yaraqlılara qarşı hərbi uğurlar qazanmaqdadır. Ankara isə Suriya ərazisində avtonom kürd dövlətinin yarana biləcəyindən narahat olmağa başlayıb.
Erdogan iyunun 27-də xəbərdarlıq edib ki, Türkiyə Suriyanın şimalında yeni dövlətin yaranmasına "icazə verməyəcək”. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !