Türkiyə Suriyada genişmiqyaslı əməliyyat keçirəcək

11:22 | 24.11.2022
Türkiyə Silahlı Qüvvələri Suriyada genişmiqyaslı quru əməliyyatı keçirməyi planlaşdırır. Bunu ölkənin hakimiyyət dairələrinə yaxın olan "Hürriyyət” qəzetinin köşə yazarı Abdulkadir Selvi deyib. 


"İraqda Türkiyə xüsusi təyinatlıları Hərbi Hava Qüvvələrinin dəstəyi ilə ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının yaraqlılarına qarşı əməliyyat keçirir. Pəncə-Qala əməliyyatının dekabrda başa çatması planlaşdırılır. Bundan sonra geriyə sayma başlayır. Suriyanın işğalı başlayacaq”, - köşə yazarı deyib.

Türkiyə xarici işlər nazirinin sözlərinə görə, əməliyyatın məqsədi ölkə sərhədlərinin təhlükəsizliyini təmin etməkdir.

Artıq şimal qonşudan Suriya ərazisinə hücumlar da tətbiq olunur. Türkiyə ordusu çərşənbə günü sərhəd bölgələrini intensiv atəşə tutub. Əş-Şehba rayonu və Ayn əl-Ərəb şəhərinin ətrafı atəşə məruz qalıb.


Gülnar Nazimqızı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM