Hazırda Türkiyədə 2,2 milyon suriyalı qaçqın var
"Türkiyə Suriyadan ölkəmizə sığınan qaçqınlara 7,6 milyard dollar xərcləyib". "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş bildirib.
O deyib ki, hazırda Türkiyədə 2,2 milyon suriyalı qaçqın var.
Ankarada keçirilən Suriya ilə bağlı əlaqələndirmə toplantısında nazir müavini qaçqınların Aralıq və Egey dənizlərindən qayıqlarla Avropa ölkələrinə keçməyə çalışdıqlarını da deyib: "Bu zaman çoxlu sayda insan həyatını itirir. Cari ilin əvvəlindən Türkiyə sahil mühafizə xidmətinin əməkdaşları 53 min 228 nəfəri xilas edib".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !