Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Anadolu agentliyi məlumat yayıb.
Agentlik yazır ki, Azərbaycan qazını Türkiyəyə, Türkiyə üzərindən də Avropaya nəql edəcək Trans Anadolu Təbii qaz Boru Xəttinin (TANAP) Türkiyə hissəsindəki tikinti işləri davam edir. TANAP-dan ilk qaz 2018-ci ildə nəql ediləcək.
Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tamamlanması sürətlənəcək.
"Rusiya tərəfindən təklif edilən və rus qazını Türkiyə üzərindən Avropaya daşıyacaq "Türk Axını” layihəsinin hökumətin qurulması ilə yenidən gündəmə gəlməsi və gələcək dövrdə Şimali İraq qazının Türkiyəyə çatdırılması məsələsində də inkişafın olacağı gözlənilir” - deyə, Anadolu agentliyi yazıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !