Türkiyə Transadriatik boru kəmərində (TAP) iştirak payı əldə etmək niyyətindədir.
Bu barədə Trend-ə Türkiyə hökumətindəki mənbə məlumat verib.
Mənbədən bildirilib ki, TAP-da payın əldə olunması Türkiyə üçün tarixi addımdır və Ankara bu imkanı əldən vermək istəmir.
Mənbə qeyd edib ki, hazırda bu məsələyə baxılır.
Xatırladaq ki, daha əvvəl "Statoil” şirkətinin TAP-dakı 20 faizlik payını satmaq istəməsi barədə xəbərlər yayılmışdı.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !