Türkiyə baş naziri Ahmet Davutoglu deyir ki, ölkəsi Suriyanın şimalında sərhəd boyunca təhlükəsiz zona qurulmasında qətiyyətlidir. Bu zonada dinc sakinlər Suriya qüvvələri və İslam Dövləti (İD) yaraqlılarının hücumundan qoruna biləcəklər.
Davutoglu avqustun 11-də BBC-yə deyib ki, təhlükəsiz zonanı Türkiyə qüvvələri deyil, "mötədil” Suriya müxalifət qrupları qoruyacaq. Onun sözlərinə görə, təhlükə yaranacağı halda Türkiyə hərbi qüvvədən istifadə edəcək.
Avqustun 11-də Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, Birləşmiş Ştatlar və Türkiyə 98 km uzunluğu və 45 km eni olan təhlükəsiz zona yaradılmasına razılaşıblar. Bu zonanı müxalifət Azad Suriya Ordusunun üzvləri qoruyacaq.
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner isə belə bir razılaşmanın olmadığını qeyd edib. "Biz zona barədə deyil, İD yaraqlılarının regiondan çıxarılması barədə danışırıq,” o, deyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !