Türkiyə Daxili İşlər Nazirliyi terrorçuların yerini deyilməsinə və onlar barədə təhlükəsizlik qüvvələrinin bilmədiyi hər hansı önəmli məlumatın verilməsinə görə küllü miqdarda pul mükafatı verəcəyini açıqlayıb.
ANS PRESS-in məlumatına görə, qərara əsasən qruplaşmanın yüksək çinli idarəçilərinin tutulması qarşılığında 4 milyon TL (1 milyon 440 min 800 azn) pul mükafatı veriləcək.
Amma adi terrorçular barədə xəbər verənlər 200 min lira (72 000 azn) pul ödəniləcək. Əgər bir nəfər təhlükəsizlik qüvvələrinə bir neçə terrorçunun yeri və onun barədə məlumat verərsə həmin şəxsə verdiyi hər bir informasiyaya görə ayrıca pul veriləcəyi bildirilir.
Terrorçular barədə xəbər verən hər bir şəxsin təhlükəsizliyi polis tərəfindən qorunacaq. Bu qərardan təkcə Türkiyə vətəndaşları deyil, xarici ölkə vətəndaşlar da yararlana biləcəklər.
Terrorçuluq barədə məlumat verlilməsi ilə əlaqədar mükafatladırma 2006-cı ildə Türkiyə parlamentinin qərarı ilə qəbul edilib.Amma bu qərar kütləvi şəkildə icra olunmurdu.
2011-ci ildə Abdullah Öztürk adlı bir nəfər PKK üzvülərindən birinin yerini təhlükəsizlik qüvvələrinə dediyi üçün ona mükafat təmin edilib. Banklardan biri ona verilən mükafatı açıq formada təqdim etdiyi üçün terrrorçular Öztürkün yerini müəyyən edərək onu öldürüblər.
Təyin edilən mükafatla bağlı PKK terror təşkilatının siyasi dəstəkçisi Xalqların Demokrat Partiyasının rəhbəri Səlahəddin Dəmirdaş münasibət bildirib.
"Mən çox təsüflənirəm ki, dövlət öz vətəndaşlarından xəbərçilik etmələrini istəyir. Mən tövsiyə edirəm ki, heç kim pul qazanmaq dərdi ilə qonşusunu satmasın. ”
PKK-nın 50 nəfərlik rəhbəriliyində Cuma ləqəbli Cəmil Bayık, Cəmal ləqəblı Murad Karayılan, Dr. Bahoz ləqəbli Fəhman Hüseyn və digər qruplaşma rəhbərlərinin yeri və barələrində verilən məlumatlara görə 4 milyon liralıq mükafat təyin edilib.
Belə bir təcrübə təkcə Türkiyədə yox ABŞ, Çin, İngiltərə və digər ölkələrdə var. Terrorla mübarizədə ABŞ 30 il ərzində 80-dən artıq şəxsə 125 milyon dollardan çox mükafat verib. İngiltərə isə bu sahəyə 100 milyon dollar ayırıb.
Türkiyə hökümətinin belə bir addım atmasına səbəb isə son dövürlər ölkədə baş verən terror hadisələridir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !