Türkiyə Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı Bakıya istintaq qrupu göndərir.Bu barədə Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu "X” səhifəsində yazıb.
""Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğramasından sonra Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti ilə qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlilləri aparmaq və zəruri dəstəyi təmin etmək məqsədilə 8 nəfərlik araşdırma heyəti təyin edilib.
Heyətimiz bu axşam Bakıya yola düşəcək və sabahdan etibarən təcrübə sahələrinə uyğun olaraq hadisənin bütün aspektlərinin araşdırılması üçün Azərbaycan səlahiyyətliləri ilə koordinasiyada işlərini davam etdirəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !