Türkiyə təyyarəsi təcili eniş etdi

16:18 | 07.07.2015
Türkiyə təyyarəsi təcili eniş etdi

Türkiyə təyyarəsi təcili eniş etdi

Turkish Airlines şirkətinin Banqkoq-İstanbul reysi üzrə uçan təyyarəsi, Nyu-Dehli aeroportunda təcili enməli olub.

 Səbəb partlayış təhlükəsi olub, Oxu.Az TASS-a istinadən xəbər verir.  

Uçuş zamanı təyyarə heyətinin üzvləri ayaqyolunda təyyarədə partlayıcının olmasının mümkünlüyünə dair məktub tapıblar.

A-330 Airbus-u aeroportun təhlükəsiz hissəsinə aparılaraq, salonu, yük yerləri və 148 sərnişinin baqajı yoxlanılıb. Yoxlama başa çatdıqdan sonra uçuşun davamı haqqında qərar qəbul ediləcək.

Bu, ilin əvvəlindən türk aviaşirkətinin təyyarələrində partlayış təhlükəsi ilə əlaqədar baş verən altıncı hadisədir. Əvvəlki hadisələrdə də beynəlxalq reyslər zamanı ayaqyolunda təyyarədə partlayıcı qurğuların olmasına dair məlumat verilən yazılar tapılıb. Bütün təhdidlər yalan olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM