Onun sözlərinə görə, Türkmənistan qazı uzun illərdir gündəmdə olan məsələdir: "Biz şəraitin yetişdiyi bir mərhələdəyik. Qazın çatdırılması üçün üç variant var. Bunlardan biri də türkmən qazının svop yolu ilə İran vasitəsilə Türkiyəyə ötürülməsidir.
Bütün bu variantların nəzərdən keçirildiyini deyən Bayraktar, ilkin olaraq Türkmənistandan 2 milyard kubmetrə qədər təbii qazın nəql oluna biləcəyini qeyd edib.
Nazir əlavə edib ki, Türkiyə hökuməti ölkənin İstanbul şəhərində təbii qaz ticarəti platformasını ən qısa zamanda istifadəyə verməyi planlaşdırır.
"Biz "Qazprom"la əməkdaşlıq edərək İstanbulun maliyyə mərkəzi üçün qaz ticarəti platformasının yaradılması üzərində işləyirik. Düşünürük ki, biz bunu qısa müddətdə işə sala bilərik”, - o vurğulayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !