Türkiyə və ABŞ Azərbaycan səfirliyinə hücumu pisləyib

13:26 | 27.01.2023
Türkiyə və ABŞ Azərbaycan səfirliyinə hücumu pisləyib

Türkiyə və ABŞ Azərbaycan səfirliyinə hücumu pisləyib

Çavuşoğlu "Twitter” səhifəsində Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu qınayıram yazaraq  Bakıya dəstək olduğunu bildirib.

Türkiyə mətbuatının məlumatına görə, Azərbaycan və Türkiyə xarici işlər nazirləri cümə günü telefon danışığı keçirib və onlar Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı insidenti müzakirə ediblər.

ABŞ-ın Bakıdakı səfirliyi  də öz Facebook səhifəsində Azərbaycanın Tehrandakı səfirliyində baş vermiş faciəli hadisə ilə bağlı dərin kədərini ifadə edib.

"ABŞ səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyindəki həmkarlarımıza və onların ailələrinə başsağlığı verir. Azərbaycanın Tehrandakı səfirliyində Orxan Əsgərovun ölümü və başqalarının xəsarət alması ilə nəticələnən faciəvi hadisə bizi dərindən kədərləndirir”, - məlumatda bildirilir.
 
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın edilib. Kalaşnikov avtomatı ilə silahlanmış o, diplomatik nümayəndəliyin təhlükəsizlik xidmətinin rəhbərini öldürüb. Silahlı hücumu dəf edərkən səfirliyin daha iki mühafizəçisi yaralanıb, onların vəziyyəti qənaətbəxşdir. Hazırda hücumla bağlı araşdırma aparılır.
 
Azərbaycan prezidenti İlham Əliyev bu hadisəni terror adlandıraraq şiddətlə qınadığını və rəsmi Tehrandan tezliklətətbir görəcəyini gözlədiyini bildirirb.
 
N.Təbrizli
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb