Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Rizə şəhərində görüşəcəyi gözlənilir. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Görüşün Bakı vaxtı ilə saat 17:30-da baş tutacağı gözlənilir.
Bu gün Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək. Azərbaycan və Türkiyə Prezidentləri Rizə-Artvin hava limanının açılış mərasimində iştirak edəcək. Hava limanına ilk olaraq İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təyyarələrinin enəcəyi gözlənilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !