Türkiyə və İsrail diplomatlarının görüşü təsdiqləndi

10:16 | 25.06.2015
Türkiyə və İsrail diplomatlarının görüşü təsdiqləndi

Türkiyə və İsrail diplomatlarının görüşü təsdiqləndi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə diplomatlarının İsrail nümayəndələri ilə görüşdüyünü təsdiqləyib. 

"Report"un Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, xarici işlər naziri bildirib ki, Türkiyə-İsrail əlaqələrinin normallaşması üçün belə görüşlərin keçirilməsi adi hadisədir.
Məlumata görə, Türkiyə xarici işlər nazirinin müşaviri Ferudin Siniroğlu İtaliyada İsrail Xarici İşlər direktoru ilə görüşüb. Bu görüşü təsdiqləyən nazir deyib: "Görüşmədən necə anlaşmaq olar? Bir müddətdir mütəxəssislər səviyyəsində iki ölkə arasında danışıqlar gedir".

M.Çavuşoğlu "Mavi Mərmərə" hadisəsi nəticəsində ölənlərə təzminatın ödənməsi və Qəzza zolağındakı blokadadan da danışıb: "Top qarşı tərəfdədir, biz onlardan cavab gözləyirik. İsrail daxilində baş verən siyasi proseslər üzündən bu məsələ bir az uzanıb". 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM