Bu gün Türkiyə ikinci dəfə sandıq başına getdi. Bu il
iyunun 7-də keçirilən seçkilərdə son hökumət partiyası olan AKP-nin (Ədalət və
Qalxınma Partiyası) təkbaşına hökumət qura bilməsi üçün yetərli səs toplaya
bilmədi. Ardından ƏQP müxaliflərdən heç bir partiya ilə koalisiyaya ciddi qarşılıq
verməməklə ölkəni təkrar seçim faktı
qarşısında qoydu. Azərbaycandakı millət vəkili seçkiləri ilə eyni gündə seçimə
gedən Turkiyədə Şərq və Cənub-Şərq bölgələri istisna olmaqla prosesə sabah saat
8.00-da start verildi və Türkiyənin Yüksək Seçim Kurumu ( MSK – müəl.)
qərarıyla seçkinin bu saatda başlayacağı bölgələrdə saat 17.00 da bitməsi
müəyyənləşdirilib. Qeyd etdiyimiz Şərq və Cənub-Şərq bölgələrində isə
seçki saat 7- 16.00 arasında
keçiriləcək.
Türkiyə
seçicisinin 54 milyondan çoxu ölkə daxilində, 3 milyon nəfəiə yaxını isə
xarici ölkələrdən seçkiyə qatilir. Xaricdə yaşayan türklər üçün 54 ölkədə 113
nümayəndəlikdə seçki qutusu qurulub. Bundan əlavə 30 gömrük qapisina qurulan
seçki məntəgələrində də ses vermə hakkından yararlana bilmələri üçün şərait
yaradılıb. Xaricdə yaşayanlar 8 oktyabrdan səs verməyə başlayıblar və 1 noyabr
saat 17-də səsvermənin durdurulması müəyyənləşdirilib.
Ankarada
adətən CXP-nin səs topladığı səmt olan Çankayanın Çankaya Litseyindəki seçki
məntəqəsində səhər saatlarından aktivlik müşahidə olunurdu. Ən gəncindən tutmuş
yaşli və əlil olanına hər kəs vətəndaşlıq vəzifəsini icra etməyə gəlməkdəydi.
Müşahidəçilərdən biri Əziziyə Məhəlləsinin muxtarı Güldanə Tençə siyahılardan
birində üç saxta seçici adi olduğunu bildirərkən deyilənlərin şahidi olduq.
Müşahidəçi saxta isimlərin İran adlarına bənzədiyini anlayib və məsələ ilə bağli bilgisi olduğunu, amma tədbir görmək üçün
heç bir imkanın olmadığını dedi.
Məntəqədən
çıxanlar arasinda böyük ehtimalla ƏKP tərəfdarı olan bir xanım "elə bir dua
edəcəyəm ki, bunlar bu dəfə çixmasin”. ƏKP üçün alınmaz qala olan Çankaya hər
zaman CXP-yə sadiq qalır.
Əhməd Vəfik
Paşa adına məktəbdəki seçki məntəqəsində diqqət çəkən amil, yaşlıların
aktivliyi idi. Böyük aktivlik göstərən Ayrançı səmti sakinlərindən saat 13
radələrinə qədər əsasən yaşlıları müşahidə etmək mümkün oldu. Bu saatdan sonra
hər halda yeni oyanmağa başlayan gənclərin məntəqəyə gəlişi də artdı. Siqaret
fasiləsinə çıxan bir görəvlidən vəziyyət necədi soruşduq. "Bu səmtin seçicisi
bəlli. Şəxsən mən bu seçimdə partiyamı dəyişdim. Bir osmanlı tokatı attım.
(tərcüməsi "Osmanlı şilləsi” olan bir deyim – müəl.) Düşməni düşməni ilə vurmaq
gərəkdir”. Fükrini soruşdugumuz başka bir xanım seçici "Allah bizi bunlardan
qurtarır bu dəfə inşallah” – dedi. Məntəqənin yerləşdiyi məktəbin həyətində
qovrulmuş şabalıd satan da var idi, tərəvəz satan da. Qeyd edək ki adətən
terrora qarşi mübarizə məqsədiylə asayişi qoruyan əməkdaşlar belə komufulyaj da
olunurlar. Yaxında simit satan da, çay satan da çox vaxt tədbiri qiyafətdən
istifadə edir.
Çankaya
Bələdiyyəsi tərəfindən əngəlli arabalarında (kolyaska) gələnləri gətirib
götürmək üçün xüsusi nəqliyyat vasitələri təsis olunmuşdu.
Ankaranın iki
səmtində seçkilərə müşahidəçi qismində qatilan azərbaycanlı tələbələrdən bilgi
aldıq. Etimesut səmtindəki Şəhid Ərhan Ər adina məktəbdəki seçki məntəqəsində
müşahidəçi həmyerlimiz Azər Haqverdiyev bildirib ki, səhər erkən saatlardan aktivlik
göstərən seçicilərin təxminən 80 faizi saat üçə qədər ses verib: "Hər yaş
qrupunda aktivlik müşahidə olunur ”. A.Haqverdiyev müşahidəçi olduğu məntəqədə hər
hansı pozuntu olmadığını bildirdi.
Mamak
səmtində müşahidəçi olan həmyerlimiz Xəyalə Yaqubova bildirib ki, səhər saat
8-də seçki kutuları açılmadan qapıda gözləyən seçicilərin hər yaş qrupundan
aktivlik müşahidə olunub. Xəyalə də məntəqədə hər hansı pozuntunun şahidi
olmadiğini bildirdi.
Ankara
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !