Türkiyə vətəndaşlarını Livandan təxliyə edən gəmilər Beyrut limanından Mersinə doğru yola çıxıb.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Məlumata görə, Xarici İşlər və Milli Müdafiə nazirliklərinin koordinasiyalı fəaliyyəti nəticəsində çoxu Türkiyə vətəndaşı olmaqla başqa ölkələrin vətəndaşları da təxliyə edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !