Türkiyə XİN Çində uyğurlara qarşı təzyiqlərlə bağlı bəyanat verdi

18:14 | 30.06.2015
Türkiyə XİN Çində uyğurlara qarşı təzyiqlərlə bağlı bəyanat verdi

Türkiyə XİN Çində uyğurlara qarşı təzyiqlərlə bağlı bəyanat verdi

Türkiyə Xarici İşlər Nazirliyi Çinin Sincan (Sintszyan) Uyğur Muxtar Bölgəsində uyğur türklərinə qarşı təzyiqlərlə bağlı bəyanatla çıxış edib.

APA-nın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, Türkiyə ictimaiyyəti uyğur türklərinin oruc tutması və digər ibadətlərini yerinə yetirməsinin qadağan olunması ilə bağlı xəbərləri üzüntü ilə qarşılayıb: "Ərazi bütövlüyünə, sabitliyinə və təhlükəsizliyinə önəm verdiyimiz Çin Xalq Cümhuriyyətindən gələn məlum xəbərlərdən duyduğumuz dərin narahatlıq Çinin Ankaradakı səfirliyinə də çatdırılıb”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM