Türkiyə XİN: "NATO-dan əsgər tələb etmirik"

16:28 | 09.10.2015
Türkiyə XİN:

Türkiyə XİN: "NATO-dan əsgər tələb etmirik"

 "NATO-dan əsgər tələb etmirik".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç bildirib.

O, Türkiyənin Rusiyadan hərbi heyətlə görüş istədiyini, amma Moskvadan cavab almadıqlarını söyləyib.

Qeyd edək ki, ötən gün NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, ehtiyac olsa Türkiyəyə əsgər də göndərəcəyik.

Xatıladaq ki, Türkiyə hava məkanının pozulması ilə bağlı oxşar hadisələrin təkrarlanmasının qarşısının alınması üçün Rusiya tərəfinin izahatını dinləmək üçün Ankarada uyğun vəzifə daşıyan rəsmilərin bir araya gəlməsini istəmişdi.

Türkiyənin baş naziri Əhməd Davudoğlu isə iki gün öncə bildirmişdi ki, Rusiyanın hava hücumları İŞİD-ə qarşı edilmir. Onun sözlərinə görə, Rusiya qırıcıları 57 dəfə bombardman edib, onun 55-i mülayim xətt yürüdən müxalifətin, sadəcə ikisi İŞİD-in mövqeyinə düşüb. NATO da oxaşar məlumatla çıxış edərək, Rusiya bombalarının 10 faizinin İŞD-in mövqeyinə düşdüyünü vurğulamışdı.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM