İsrail və Həmas arasında olan münaqişənin tam həlli yeni dünya müharibəsininn qarşsını ala bilər. Bu barədə Əl-Cəzirə Türkiyənin xarici işlər naziri Hakan Fidana istinadan yazıb.
Nazir vurğulayıb ki, dünya hazırda tarixin dönüş nöqtəsindədir.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib.
Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir qılınclar” adlandırıb.
İsrailin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 5 mini keçib. Bu barədə Qəzza bölgəsinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bundan öncə Qəzza zolağında yaralı fələstinlilərin sayının 14 245 nəfər olduğu bildirilib.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !