Türkiyə xüsusi təyinatlıları Laçını tərk etdi - VIDEO

15:40 | 11.09.2021
Türkiyə xüsusi təyinatlıları Laçını tərk etdi - VIDEO

Türkiyə xüsusi təyinatlıları Laçını tərk etdi - VIDEO

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimi başa çatıb.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlim zamanı xüsusi təyinatlı qruplar mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması, zərərsizləşdirilməsi, məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və qarşıya qoyulan digər tapşırıqları uğurla icra ediblər.

Hər iki ölkənin hərbi qulluqçularının təlimdə nümayiş etdirdiyi peşəkarlıq yüksək qiymətləndirilib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM