Türkiyə xüsusi xidmət orqanları Afrikadakı əməliyyat keçirib

14:01 | 15.10.2024
Türkiyə xüsusi xidmət orqanları Afrikadakı əməliyyat  keçirib

Türkiyə xüsusi xidmət orqanları Afrikadakı əməliyyat keçirib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Afrikada keçirdiyi əməliyyat zamanı Türkiyə Silahlı Qüvvələrinin Suriyadakı bazalarına hücumlarda iştirak edən "Əl-Qaidə" terror təşkilatının üzvü Əhməd Baykara tutulub.


Anadolu agentliyinin təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən verdiyi məlumata görə, kəşfiyyat əməkdaşları Baykaranın Suriyanın İdlib vilayətində Türkiyə Silahlı Qüvvələrinin bazalarına və hərbi konvoylarına hücumların təşkilində iştirak etdiyini müəyyən ediblər. Baykara izlənildiyini anladıqdan sonra Afrikaya qaçıb. Terror təşkilatına yardım edən və Türkiyə hərbçilərinə qarşı bir sıra hücumların planlaşdırılmasında və icrasında iştirak edən Baykara, kəşfiyyat məlumatları əsasında Afrika ölkələrindən birində saxlanılıb.


Dindirilmə zamanı Baykara Türkiyə Silahlı Qüvvələrinə xaricdəki hücumlarda iştirak etdiyini etiraf edib və həmkarlarının adlarını açıqlayıb.

 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM