Türkiyənin bu dəqiqə Ermənistan-Türkiyə münasibətlərindən daha ciddi problemləri var.
Axar.az xəbər verir ki, bunu "1in.am” saytına açıqlamasında erməni ekspert Gevorq Məlikyan söyləyib.
"Ermənistanda Türkiyə ilə bağlı çox primitiv mövqe var. Biz
fikirləşirik ki, əgər Türkiyə parçalansa, biz udacağıq. Bu, primitiv
yanaşmadır. Yaxşı olardı ki, biz Türkiyənin yox, Ermənistanın gələcəkdə
parçalanması gerçəkliyi barədə fikirləşərdik. Bu, erməni tərəfinin
sadəlövhlüyüdür. Oturub gözləyirlər ki, böyük güclər Türkiyəni parçalaya
biləcəklər, amma bilməlidirlər ki, o güclər eyni uğurla Ermənistanı
böləcəklər”, - deyə o bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !