Türkiyədə xüsusi təyinatlılar 250 terrorçunu mühasirəyə alıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Terrorçular Cilo dağından enərkən mühasirəyə düşüblər.
Qeyd edək ki, ötən gün Türkiyənin Hakkari əyalətinin Dağlıca bölgəsində terrorçuların yola döşədiyi minanın partadılması nəticəsində 15 əsgər həyatını itirmişdi. Bunun ardınca Türkiyə Hərbi Hava Qüvvələrinin həmin ərazidə apardığı əməliyyat nəticəsində çoxlu sayda terrorçunun zərərsizləşdirildiyi haqda xəbər yayılmışdı.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə televiziya kanallarından birinə müsahibəsində son bir həftədə iki minə yaxın terrorçunun zərərsizləşdirildiyini bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !