Türkiyədə "3+3" formatlı görüş keçiriləcək

14:16 | 19.07.2024
Türkiyədə

Türkiyədə "3+3" formatlı görüş keçiriləcək

Yaxın vaxtlarda Türkiyədə  "3+3" formatlı görüşün keçirilməsi gözlənilir. Bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib. 

"Bu, İran və Ermənistan arasında təhlükəsizlik və ticarətdə mühüm rol oynayan strateji bölgədir. İranın Qafanda Baş Konsulluğunun olması sərhəd əlaqəsini yaxşılaşdırıb", - o bildirib. 
 
Bundan əvvəl İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri Kani bildirib ki, Tehran və Moskva Qafqazda yaxşı əməkdaşlıq edir və 3+3 əməkdaşlıq formatı Qafqaz regionunda regional təhlükəsizliyi təmin edə bilər.
 
2021-ci il dekabrın 10-da Moskvada 3+3 Məşvərətçi Regional Platformasının ilk iclası keçirilib. İclasa Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin müavinləri, eləcə də İran Xarici İşlər Nazirliyinin baş direktoru Əlirza Hagiqyan həmsədrlik edib. Gürcüstanın da dəvət olunmuş nümayəndələri görüşdə iştirakdan çəkiniblər. Altıtərəfli əməkdaşlıq formatı - Rusiya, İran, Türkiyə və Cənubi Qafqaz ölkələri Ermənistan, Azərbaycan, Gürcüstan - daha əvvəl Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. İran bu ideyanı alqışlayıb və regionda sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara töhfə verməyə hazır olduğunu bəyan edib.
 
Gülnar
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM