Türkiyədə keçirilmiş dünənki parlament seçkilərinin nəticələrinə görə, Böyük Millət Məclisinə mandat qazanmış deputatlar sırasında 96 qadın da var.
Modern.az-ın "Hürriyət”ə istinadən verdiyi məlumata görə, hakim AKP-dən parlamentə 41 qadın millət vəkili seçilib. HDP-dən qadın vəkil sayı isə 31 nəfər olacaq.
CHP və MHP isə Məclisdə az sayda qadın deputatla təmsil olunacaq. Belə ki, CHP-dən 20, MHP-dən isə cəmi 4 qadın vəkil seçilə bilib.
HDP-dən deputat seçilən qadınlardan biri hazırda həbsdə olan PKK terror təşkilatının lideri Abdulla Öcalanın qardaşı qızı Dilək Öcalan olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !