Türkiyədə ağır qəza, ölənlər var - Foto

20:38 | 19.08.2021
Türkiyədə ağır qəza, ölənlər var - Foto

Türkiyədə ağır qəza, ölənlər var - Foto

Türkiyənin Kayseri vilayətinin Bünyan rayonunda mikroavtobus dərəyə yuvarlanıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində dörd nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda polis, təcili tibbi yardım və xilasedici cəlb edilib.

Üç nəfər hadisə yerində, bir nəfər isə aparıldığı Erciyes Universiteti Tibb Fakültəsi Xəstəxanasında həyatını itirib.
Sürücü və çoxu uşaq olan doqquz nəfər şəhərdəki xəstəxanalara yerləşdiriliblər.
 
Onlar Kahramanmaraşdan Nevşehirə tətilə gedirmişlər.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb