Türkiyənin Sakarya şəhərində bir nəfər meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə karantinə alınıb. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Xəstəxanaya yerləşdirilən həmin şəxsdə virusun bəzi əlamətləri aşkarlanıb.
Bundan əvvəl Pakistanda da meymunçiçəyinə yoluxma halı qeydə alınıb.
Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !