Agentlik araşdırmaya İraqda daba xəstəliyi ilə bağlı xəbərlərdən sonra başlayıb.
"Sahə işləri nəticəsində ilk dəfə SAT-2 serotipli daba yoluxma halı aşkar edilib. Hazırda yoluxma zonasında 8 müəssisə karantinə alınıb. Martın 8-də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına bu barədə məlumat verilib", - nazirliyin mətbuat xidmətindən bildirilib.
Türkiyədə daha əvvəl bu cür dabaq xəstəliyi müşahidə olunmayıb və səlahiyyətlilər lazımi peyvəndin olduğunu bildiriblər.
Nazirlik xəstəliyin yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlərin görüldüyünü qeyd edib. Bundan əlavə, bütün iribuynuzlu mal-qaranın peyvənd olunması məsələsi ilə bağlı araşdırmalar aparılır.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !