Türkiyədə daha bir erməninin adı əbədiləşdirilir

11:17 | 09.09.2015
Türkiyədə daha bir erməninin adı əbədiləşdirilir

Türkiyədə daha bir erməninin adı əbədiləşdirilir

1900-cu illərin əvvəllərində Türkiyənin Van şəhərində yaşamış erməni əsilli ABŞ-lı rəssam Arşile Qorkinin şərəfinə tikilən bulaq yenidən inşa etdilir. 

ANS PRESS-in məlumatına görə, tikinti Van şəhərinin Ədremit Bələdiyyəsinin təşkilatçılığı ilə həyata keçirilir.

Uzun müddət baxımsızlıq üzündən istifadə edilməyən bulaq rəssamın burda yaşadığı evin yaxınlığında yerləşir. Məlumata görə təmirdən sonra bulağın üzərinə türk, ingilis, kürd və erməni dillərində rəssamın bioqrafiyası yazılacaq. 

Bir neçə il əvvəl də Diyarbəkir vilayətinin Sur rayon bələdiyyə məclisinin qəbul etdiyi qərara əsasən Sur rayonu Həsirli məhəlləsindəki Dirəkçi küçəsinə erməni Mıgırdiç Margosyanın adı verilib. Sur bələdiyyə başçısı Abdullah Dəmirbaş jurnalistlərə verdiyi açıqlamada bu şəhərin köklü mədəniyyətə malik olduğunu, keçmişi ilə sülh və əmin-amanlıq içində yaşadığını deyib. 

Türkiyənin bölgələrində hətta erməni dilində, erməni əlifbası ilə yazılmış küçə lövhələrinədə rast gəlinib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti