​Türkiyədə dollar sürətlə bahalaşır

12:56 | 20.08.2015
​Türkiyədə dollar sürətlə bahalaşır

​Türkiyədə dollar sürətlə bahalaşır

Bu gün Türliyə valyuta birjasında aparılan hərrac zamanı ABŞ dollarının məzənnəsi 3 lirəyə yüksəlib. 

Lakin sonradan məzənnə 2,91-ə qədər geriləyib. "Report"un Türkiyə mediasına istrinadən verdiyi xəbərə görə, dolların bahalaşmasının əsas səbəbi Asiya bazarlarında aparılan əməliyyatlarda lirənin satışının artması ilə bağlıdır.

Məlumata görə, bu gün səhər saatlarında Türkiyədə 1 ABŞ dollarının məzənnəsi 3,002 TRY/USD-yə yüksəlib və yerli vaxta saat 07:46-dan sonra yenidən ucuzlaşmağa başlayıb.
Türkiyə Mərkəzi Bankının məlumatına görə, hazırda birjada dolların alışı 2,9009, satışı isə 2,9061 TRY/USD məzənnəsi ilə aparılır.

Türkiyəli ekspertlər tezliklə dolların 3,15 və 3,60 lirə səviyyəsinə qədər bahalaşacağı proqnozunu veriblər.

Qeyd edək ki, son bir ildə dollar 36,2% bahalaşaraq 2,1610 lirədən 2,9440 lirəyə çatıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM