Türkiyənin Erzincan şəhərində polis əməliyyat keçirib.
Anews.az baku.ws-ə istinadən xəbər verir ki, Erzincan polisi şəhərin mərkəzində 8 ev və bir hotelə eyni anda əməliyyat təşkil edib.
Əməliyyatda fahişəliyə məcbur edildikləri müəyyənləşən Azərbaycan əsilli 7 qadın saxlanılıb. Qadınları fahişəliyə məcbur edən 5-i azərbaycanlı olmaqla, 10 nəfər saxlanılıb.
Saxlanılan şəxslər "zorla fahişəlik etdirmək”, "cinsi istismara vasitəçilik etmək” maddələri ilə ittiham olunacaq.
Saxlanılan qadınlardan bəzilərinin AİDS və Hepatit C daşıyıcısı olduğu məlum olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !