Türkiyədə avqustun 31-dən oktyabrın 26-dək hücuma ən çox hakim İnkişaf və Ədalət Partiyası (AKP) məruz qalıb.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin təhlükəsizlik orqanı bildirib.
Xəbərə görə, AKP-ni yerli təşkilatları və təmsilçiləri 44 dəfə (ölkənin Akdəniz bölgəsində 6, Egedə 6, Mərmərədə 8, İç Anadoluda 9, Şərqi və Cənubi Anadoluda 8 dəfə) hücuma məruz qalıb. Sonrakı yerdə gələn Xalqların Demokrat Partiyasıdır. Bu siyasi təşkilata 12 dəfə (Ege bölgəsində 2 dəfə, Mərməddə 4, Qaradənizdə bir, İç Anadoluda bir, Şərqi və Cənubi Anadoluda isə 4 dəfə) basqın edilib. Milliyyətçi Hərəkat Partiyası (MHP) 7 dəfə hücumla üzləşib. MHP 3 dəfə Akdəniz bölgəsində, bir Egedə, bir İç Anadoluda, 4 dəfə isə Şərqi və Cənubi Anadoluda hücuma məruz qalıb. Cümhuriyyət Xaql Partiyası (CHP) 6 dəfə basqınla üzləşib. CHP-yə 2 dəfə Akdənizdə, 2 dəfə Mərmərədə, bir dəfə Qaradənizda, bir dəfə İç Anadoluda hücum ediblər. Sol Partiya isə bir dəfə Qaradəniz bölgəsində basqınla üzləşib.
Qeyd edək ki, basqınlar dedikdə partiyaların yerli təşkilatlarının qərargahları və üzvlərinin hücuma məruz qalmaları nəzərdə tutulur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !