Türkiyədə iki nazir istefa verdi

21:06 | 22.09.2015
Türkiyədə iki nazir istefa verdi

Türkiyədə iki nazir istefa verdi

Türkiyə Nazirlər Kabinetinin Xalqların Demokratiya Partiyasından (HDP) olan iki naziri — Avropa İttifaqı işləri üzrə nazir Əli Haydar Konca və inkişaf naziri Müslim Doğan ölkənin cənub-şərqində baş verən hadisələrə görə istefa veriblər.

Oxu.Az xəbər verir ki, bu barədə sabiq nazirlərin bəyanatında deyilir.

"Hakim partiya (Ədalət və İnkişaf partiyası - AKP) və prezidentin siyasəti bizi türk-kürd münaqişəsinin qanlı illərinə qaytardı. Onların narazılığı səbəbindən seçkilərin nəticələri ləğv edildi və koalisiya hökümətinin yaradılması barədə danışıqlar dayandırıldı. Bu səbəblərdən biz Nazirlər Kabinetindəki işimizi dayandırırıq”, - Koncanın bu gün Ankarada mətbuat konfransında oxuduğu bəyanatda deyilir.

Qeyd edək ki, baş nazir Əhməd Davudoğlu nazirlərin istefa ərizisini qəbul edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM