Noyabrın 1-də keçiriləcək seçkidə 27 siyasi təşkilatın iştirakı ilə bağlı qərar qəbul olunub
Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkidə iki partiya iştirak etməyəcək.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Azadlıq və Həmrəylik (Özgürlük və Dayanışma) və Əmək partiyaları seçkidə iştirak etməyəcəkləri barədə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Bununla da noyabrın 1-də keçiriləcək seçkidə 27 siyasi təşkilatın iştirakı ilə bağlı qərar qəbul olunub. Türkiyənin MSK-sı avqustun sonunda bəyan etmişdi ki, seçkiyə 29 partiya qatılacaq.
Xatırladaq ki, iyunun 7-də keçirilən seçkidə 20 partiya iştirak etmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !