Türkiyədə illərdir axtarılan mafiya lideri ələ keçirildi - FOTO

23:45 | 24.11.2019
Türkiyədə illərdir axtarılan mafiya lideri ələ keçirildi - FOTO

Türkiyədə illərdir axtarılan mafiya lideri ələ keçirildi - FOTO

Türkiyədə illərdir axtarılan mafiya lideri Eyvaz Qorxmaz tutulub.

1998-ci ildə törədilən cinayətə görə axtarılan Qorxmazın 1990-cı illərdə törədilən qətllərdə də hallanır.
İstanbulda villaların birində ələ keçirilən cinayətkar şəbəkənin liderinin qızı və köməkçisi də həbs edilib.

Mafiya başçısı haqqında 1998-ci ildə 15 il 9 aylıq həbs qərarı verildiyi məlum olub. O eyni zamanda 5 adam öldürmə, 10 silahla yaralama faktlarına görə də ittiham olunur.

Qorxmazın evindən , həmçinin, 1 ədəd tapança, 690 ədəd narkotik vasitə tapılıb.
Eyvaz Qorxmaz, qızı və köməkçisi ifadələri alındıqdan sonra məhkəməyə göndəriliblər. (Qafqazinfo.az)
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb