Türkiyənin paytaxtı Ankarada Esenboğa hava limanında Azərbaycan vətəndaşı saxlanılıb, o ölkəyə İŞİD terror təşkilatına qatılmaq üçün gəlib.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, Ankara polis idarəsinin terrorizm ilə mübarizə şöbəsinin əməkdaşları Azərbaycandan Ankaraya İŞİD-ə qoşulmaq üçün gələn kişi barədə məlumat alıblar.
Polis kişinin üzərini axtarıb, 49 yaşlı Azərbaycan vətəndaşı Bəkir Əliyevin üzərindən və baqajından 17 zirehli-jilet, dərmanlar, iynələr və tibbi ləvazimat aşkar edilib.
Şübhəli şəxs saxlanılıb. Müvafiq prosedurlardan sonra Əliyev deportasiya ediləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !